19:52 25-09-2011
news_image

Dünya çempionatında rəqiblərimiz müəyyənləşdi

Sabah Bakıda strat götürəcək boks üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan boksçularının rəqibləri müəyyənləşib.

Püşkatmanın nəticəsinə əsasən London-2012-yə lisenziya xarakterli mundialın ilk mərhələsində Yevgeni Kotovun yetirmələrindən 4-ü - Salman Əlizadə (49 kq), Ramil Əliyev (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) istirahət edəcək.

Digər 5 boksçumuzdan Elvin Məmişzadə (52 kq) birinci döyüşündə indoneziyalı Julio Bria, Rəhim Nəcəfov (56 kq) ingiltərəli Luke Kempbell, Elvin İsayev (60 kq) isveçli Riduen Kaya, Heybətulla Hacıəliyev (64 kq) misirli Əli İslam və Emil Əhmədov (69 kq) italiyalı Danilo Kreati ilə qüvvəsini sınayacaq.