21:43 26-09-2011
news_image
3757
STOLÜSTÜ OYUNLAR

Dünənki kimi - YENİLƏNİB

Sloveniyanın Roqaska Slatina şəhərində təşkil olunan şahmat üzrə klublararası Avropa çempionatında II turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan təmsilçisi SOCAR dünən olduğu kimi, turu yenə 5,5:0,5 hesablı qələbəylə başa vurub.

İlk turda “SG Solingen” (Almaniya) komandasını məğlub edən SOCAR-ın İtaliya “Libertas”ı ilə qarşılaşmasında yalnız bir heç-heçə qeydə alınıb. 4-cü lövhədəki təmsilçimiz Rüstəm Qasımcanov qara fiqurlarla Fabio Brunoya qarşı oynayıb. Təxminən 5 saata yaxın çəkən partiyada 56-cı gedişdə “sülh” bağlanılıb. Bunadək isə digər 5 lövhədə SOCAR rəqiblərini mat qoyub.

7 turdan ibarət Avropa çempionatına isə oktyabrın 1-də yekun vurulacaq.

II tur

SOCAR – LİBERTAS - 5,5:0,5

Teymur Rəcəbov (2752) – Rafal Antoniyevski (2585) - 1:0
Aleksnadr Qrişuk (2757) – Artur Koqan (2563) - 1:0
Emil Sutovski (2690) – Fernando Braqa (2438) - 1:0
Rüstəm Qasımcanov (2678) – Fabio Bruno (2431) - 0,5:0,5
Rauf Məmmədov (2660) – Piskopo Pyerluici (2373) - 1:0
Eltac Səfərli (2627) – Mario Sibillo (2364) - 1:0