20:38 26-09-2011
news_image

Məmmədov üçün barbadoslu rəqib

Teymur Məmmədovun boks üzrə dünya çempionatındakı rəqibi məlum olub. Apasport.az saytının xəbərinə görə, 91 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz püşkə əsasən ilk mərhələdən azad idi.
Son Avropa çempionatında qızıl medal qazanan Məmmədov barbadoslu Anderson Emmanuellə qarşılaşacaq. Emmanuel ilk döyüşdə Makedoniya təmsilçisi Dimitar Taşkov üzərində qələbə qazanıb.