21:39 27-09-2011
news_image
3727
STOLÜSTÜ OYUNLAR

SOCAR-ı dayandıran tapıldı - YENİLƏNİB

Sloveniyanın Roqaska Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında bu gün növbəti turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, təmsilçimiz SOCAR yarışda III görüşünə çıxıb.

İlk iki görüşdə 5,5:0,5 hesabı ilə qələbə qazanan komandamız bu dəfə Bosniya və Herseqovina “Bosna”sı ilə qüvvəsini sınayıb. Kapitanımız Vladimir Tukmakov reytinqinə görə Avropa çempionatının 11-ci komandası olan rəqibə qarşı əvvəlki hər 2 matçda qələbə qazanan Rauf Məmmədov və Emil Sutovskini ehtiyata göndərib.

Onların yerinə heyətə qayıdan Şəhriyar Məmmədyarov və Andrey Volokitin isə Olimpiya çempionunun ümidlərini doğrultmayıb. Belə ki, Teymur Rəcəbov və Aleksandr Qrişukun heç-heçə etməsindən sonra Məmməyarovla özbəkistanlı legionerimiz Rüstəm Qasımcanov uduzaraq, SOCAR-ı çətin vəziyyətdə qoyub. Düzdür, rəqib 3:1 hesabı ilə öndə olarkən Eltac Səfərli fərqi azaldıb - 2:3. Lakin ağ fiqurlarla oynayan Andrey sonda komandamızı məğlubiyyətdən qurtara bilməyib. Onun rəqiblə xalları yarı bölməsi SOCAR üçün həm ilk məğlubiyyət, həm də gözlənilməz sürpriz olub.

BOSNA - SOCAR - 3,5:2,5

Ferenç Berkeş (2706) - Teymur Rəcəbov (2752) - 0,5:0,5
Markus Raqqer (2655) - Aleksnadr Qrişuk (2757) - 0,5:0,5
Borki Predoyeviç (2643) - Şəhriyar Məmmədyarov (2746) - 1:0
Predraq Nikoliç (2636) – Andrey Volokitin (2686) - 0,5:0,5
Dalibor Stoyanoviç (2466) - Rüstəm Qasımcanov (2678) - 1:0
Denis Kardiç (2403) – Eltac Səfərli (2627) - 0:1