23:01 27-09-2011
news_image
1010
DÖYÜŞ NÖVLƏRİ

“Artıq geriyə yolum yoxdur” - FOTO

“Dünya çempionatında uğursuz çıxışımı unutmuşam. Çünki əsas məqsədim London olimpiadasına yollanmaqdır. Bunun üçün bütün yarışlarda xal qazanmalıyam. Artıq geriyə yolum yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo yığmamızın üzvü Kifayət Qasımova deyib.

O bildirib ki, idmançı karyerasını olimpiya qızılı ilə başa vurmaq istəyir: “Mən Avropa çempionu olmağı bacarmışam, dünya çempionatında medal götürmüşəm. Amma bütün bunlar olimpiada medalının yanında kölgədə qalır. Dünya və Avropa çempionu ilə olimpiadanın qalibi arasında ciddi fərqlər qoyulur. Bəlkə də, proseduranı nəzərə alsaq, bunu normal qəbul edə bilərik. Odur ki, idmandan olimpiada medalı ilə getmək istəyirəm”.

Qeyd edək ki, Kifayət Qasımova gələn ay Dubayda keçiriləcək “Qran-Pri” yarışında qüvvəsini sınayacaq.