22:25 28-09-2011
news_image
3228
STOLÜSTÜ OYUNLAR

Üçüncü eynihesablı qələbə - YENİLƏNİB

Sloveniyanın Roqaska Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında IV turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Bakının SOCAR klubu bu dəfə “Reyhenştayn”lə (İsveçrə) qarşılaşıb.

İlk 3 turdan sonra hesabında 2 qələbə və 1 məğlubiyyət olan Bakı komandası bu görüşdə bir tur əvvəlki məğlubiyyətin əvəzini çıxıb.

Zəka sahiblərimizdən yalnız Eltac Səfərli isveçrəlilərlə matçda xal itirib. Digər qrossmeysterlərimizin hamısı isə rəqiblərini mat etməyi bacarıblar. Nəticədə SOCAR Avropa çempionatında 3-cü oyunda da eyni hesabla qələbə qazanıb – 5,5:0,5.

IV tur

SOCAR – REYHENŞTAYN - 5,5:0,5

Teymur Rəcəbov (2752) – Andreas Heymann (2485) - 1:0
Emil Sutovski (2690) – Velke Karsten (2448) - 1:0
Andrey Volokitin (2686) – Maksimilyan Lorenç Drabke (2463) - 1:0
Rüstəm Qasımcanov (2678) – Kristian Mayer (2352) - 1:0
Rauf Məmmədov (2660) –Berhard Lutç (2307) - 1:0
Eltac Səfərli (2627) – Vinsent Riff (2342) - 0,5:0,5

Qeyd edək ki, şahmatçılarımızla oyun kimi rəqibimizin də aktivində 2 qələbə və 1 məğlubiyyəti var idi.