14:19 28-09-2011
news_image

Tərlan Kərimov və Ramilə Yusubova üçün uğurlu siyahı

Beynəlxalq Cüdo Federasiyası oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan milli komandasının aparıcı cudoçuları üçün uğurlu alınıb.

Belə ki, yığmamızın üzvlərindən Tərlan Kərimov (66 kq) və Ramilə Yusubova (63 kq) hərəyə 1 pillə irəli gediblər. Onlar müvafiq olaraq, 13-cü və 21-ci yerlərə yüksəliblər.

Təmsilçilərimizdən İlqar Müşkiyev (66 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq) və Kifayət Qasımova (57 kq) irəliləməsələr də, öz mövqelərini qorumağı bacarıblar. Bu cüdoçularımız yeni siyahıda da müvafiq olaraq, 11-ci, 3-cü, 4-cü və 12-ci yerləri tuturlar.

Ağayar Axundazanənin yetirmələrindən yalnız Elxan Rəbəcli (81 kq) və Elmar Qasımov (100 kq) geriləyiblər. Onlar hərəsi 1 rəqiblərini qabağa buraxaraq, 15-ci və 34-cü pilləyə eniblər.

Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında 12 yer vəsiqə qazanacaq. Lisenziya xalları verəcək yarışlar isə apreldə başa çatacaq.