15:44 28-09-2011
news_image
1185
DÖYÜŞ NÖVLƏRİ

Luis Bozelli: Bakıda hər zaman yarışların təşkilatçılığından razı qalmışıq

“İstənilən ölkədə turnir başlayanda bəzi problemlər yaranır”. Apasport.az saytının məlumatına görə, bunu Bakıda keçirilən boks üzrə dünya çempionatının texniki nümayəndəsi Luis Bozelli deyib.

O, hər bir yarışın ilk gündə müəyyən çətinliklərin, çatışmazlıqların olduğunu deyib: “Bakıda da belə oldu. Amma artıq hər şey geridə qalıb. Yarış öz axarı ilə davam edir. Hazırda döyüşlərin başlamasına 20 dəqiqə qalıb və hər şey hazırdır. AİBA-nın dünya çempionatı kimi yarışları həmişə yüksək səviyyədə təşkil olunub. Əminik ki, Bakıdakı lisenziya xarakterli dünya çempionatı da belə olacaq. Biz Bakıda buna qədər bir neçə turnirdə iştirak etmişik. Hər zaman təşkilatçılıqdan razı qalmışıq”.

Qeyd edək ki, mundial həmçinin, London-2012-yə lisenziya xarakteri daşıyır.