12:37 29-09-2011
news_image
1376
DÖYÜŞ NÖVLƏRİ

Erməni boksçu Bakıya gəlməyinə peşman oldu - FOTO

Bakıda keçirilən boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışa 8 idmançı ilə qatılan işğalçı ölkə - Ermənistan milli komandasının 1 boksçusu ölkəmizdə “nokauta” düşüb.

Belə ki, 56 kq çəki dərəcəsində mübarizə aparan Oqanes Boçkovu Bakı rinqində yaxşıca əzişdiriblər. O, monqolustanlı Otqondala Dorcanbunun yumruqlarına tuş gəlib. Düşmən ölkənin boksçusu rəqibindən nə az, nə çox – 24 zərbə “yeyərək” mübarizəni dayandırıb və Azərbaycan gəlməyə peşman olub.