12:51 29-09-2011
news_image

ABŞ millisinin baş məşqçisi Bakıdan danışdı

“Yarışa tam heyətlə qatılmışıq. İlk günlərdəki nəticələr ürəyimizcədir”. Apasport.az saytının məlumatına görə, bunu Bakıda keçirilən boks üzrə dünya çempionatına qələbələrlə başlayan ABŞ yığmasının məşqçisi Kevin Cons deyib.

O bildirib ki, hazırda komandasında əhval-ruhiyyə yüksək səviyyədədir: “Bura London Olimpiadasına lisenziya qazanmaq üçün gəlmişik. 2 boksçumuz isə Bakıda medal almağa da qadirdir”.

Amerikalı mütəxəssis ilk dəfədir ki, Bakıya səfər etdiyini deyib: “Şəhəri gəzmək üçün o qədər də çox vaxtım olmayıb. Amma müəyyən yerlərdə olmuşam və Bakı xoşuma gəlib. Müasir bir şəhərdir. Təşkilatçılar qonaq komandaların heç bir çətinliklə üzləşməməsi üçün əllərindən gələni edirlər”.

Qeyd edək ki, mundial oktyabrın 8-də başa çatacaq.