13:42 29-09-2011
news_image

“Bakıda Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyirəm”

“Dünya çempionatı öncəsində yüksək səviyyədə təlim-məşq toplanışı keçmişik”. Apasport.az saytının məlumatına görə, bunu ABŞ milli komandasının boksçusu Markus Braun (81 kq) deyib.

O, Bakıda keçirilən dünya çempionatına inamlı qələbə ilə başlayıb. Braun ilk döyüşdə Yaponiya təmsilçisi Yosihitsuna Okadanı 1-ci raunda təslim olmağa məcbur edib: “Düzdür, ilkin mərhələdə bəzən zəif rəqiblərlə də qarşılaşmalı olursan. Amma istənilən qələbə adama əzizdir. Odur ki, dünya çempionatına qalibiyyətlə başladığım üçün sevincliyəm. Bu çəkidə güclü rəqiblər var. Amma məqsədim Olimpiya oyunlarına lisenziya qazanmaqdır”.