14:12 29-09-2011
news_image
1630
DÖYÜŞ NÖVLƏRİ

Erməni qorxaqlığı

Bakıda keçirilən dünya çempionatına qatılan Ermənistanın boks millisinin fiaskosu davam edir. Apasport.az saytının məlumatına görə, 56 kq çəkidə Oqanes Boçkovun uduzmasından sonra işğalçı ölkənin daha 2 idmançısı çıxışını vaxtından əvvəl başa vurub.

Belə ki, Boçkovdan sonra rinqə çıxan Artur Xaçaturyanın (81) da zəif olduğu müəyyənləşib. Onun gücünü yoxlayan iranlı İhsan Rouzbahani düşmən Artura hələ azərbaycanlı Avropa çempionu Teymur Məmmədovla döyüşməyin mümkün olmadığını başa salıb və mundialı vaxtından əvvəl tərk etməyi “məsləhət görüb”. Nəticədə rinqi üzüqara tərk edən Xaçaturyan digər komanda yoldaşlarının da uduzmasını gözləmək məcburiyyətindədir.

Bundan əlavə +91 kq çəki dərəcəsində Armen Simonyanın da zədələndiyi bildirilir. Lakin onun paytaxtımızda biabırçı məğlubiyyətdən qorxub, bu addımı atması da başadüşüləndir. Onun guya məşqdə zədələndiyi vurğulanır. Əslində isə Ermənistan milli komandasının baş məşqçisi Rafael Meqrabyan və Simonyanı yığmamızın güclü bəndi, WSB liqasında finala kimi irəliləyən Məhəmmədrəsul Məcidovun potensial rəqib olması qorxutduğunu da proqnozlaşdırmaq olar.

Qeyd edək ki, Bakıya 8 boksçu ilə gələn ermənilərin hələ 5 idmançısı mübarizəyə qoşulmayıb.