22:15 30-09-2011
news_image
3247
STOLÜSTÜ OYUNLAR

Hər şey son tura qaldı - YENİLƏNİB

Sloveniyanın Roqaska Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatına sabah yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan təmsilçimiz SOCAR VI turda “Tomsk-400”lə qarşılaşıb.

Yarışın liderləri sırasında olan və güclü heyətə malik Rusiya klubu ilə oyuna komandamız ən güclü şahmatçılarla çıxıb. Kapitanımız Vladimir Tukmakov ilk dəfə Rauf Məmmədov və Eltac Səfərlini ehtiyata göndərərək, əsas heyətə güvənib. Təbii ki, bu da bəhrəsini verib. Düzdür, Qrişukun heç-heçəsindən sonra Sutovski məğlubiyyətlə klubumuzu çətin vəziyyətdə qoysa da, komanda yoldaşları onu sığortalamağı bacarıblar. Volokitin, Məmmədyarov və Rəcəbovun qələbəsi SOCAR-ın vaxtından əvvəl qələbəsini təmin edib – 3,5:1,5. Qasımcanov isə heç-heçə ilə görüşün hesabını müəyyənləşdirib.

Qeyd edək ki, bütün mükafatçıların adlarına sabah aydınlıq gələcək. Çünki hələ də xal itirməyən “Sankt-Peterburq Chess Federation” və “Baden Baden” klublarının VI turdakı duelində qalib müəyyənləşməyib – 3:3. Bu səbəbdən də ilk “üçlük” baş tutacaq son görüşlərdən sonra dəqiqləşəcək.


VI tur

SOCAR – TOMSK-400 - 4:2

Teymur Rəcəbov (2752) – Ruslan Ponomoryov (2758) - 1:0
Aleksnadr Qrişuk (2757) – Aleksandr Motılev (2690) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (2746) – Ernesto İnarkiyev (2692) - 1:0
Emil Sutovski (2690) – Aleksandr Areşenko (2672) - 0:1
Andrey Volokitin (2686) – Viktor Boloqan (2657) - 1:0
Rüstəm Qasımcanov (2678) – İqor Kurnosov (2648) - 0,5:0,5