13:57 30-09-2011
news_image

Yığmamız Dünya Kubokuna yollandı

Sabah Rusiyanın paytaxtı Moskvada start götürəcək sambo üzrə Dünya Kubokunun sonuncu mərhələsində iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa yığmamız 6 çəki dərəcəsində 8 idmançı ilə qatılacaq.

Bu gün səfərə yollanan heyətə Ağasif Səmədov (52 kq), İslam Qasımov (57 kq), Cavidan Qarayev, Rauf Mövlamov (hər ikisi 62 kq), Elgün Müslüov, Bəhrəm Zərbiyev (hər ikisi 68 kq), Samir Kərimov (74 kq) və Elçin Ramazanov (hər ikisi 82 kq) daxil ediliblər. Onlara döşəyə millinin məşqçisi Səhliman Ağayev rəhbərliyi altında çıxacaqlar.

Dünya kubokunu idarə edəcək hakimlər arasında həmyerlimiz Yaqub Abdullayev də yer alacaq.

Qeyd edək ki, yarışda ümumilikdə 18 ölkənin (Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Fransa, Mərakeş, Yunanıstan, Rumıniya və Rusiya) samboçuları mübarizə aparacaqlar.