23:04 30-09-2011
news_image

“İtki vermədən irəliləməyə çalışacağıq”

“Misirli rəqib elə də güclü olmasa da, texnikalı idi. O, bundan istifadə edib, tutarlı zərbələr vurmağa çalışırdı”. Bunu apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan millisinin məşqçisi Nəriman Abdullayev deyib.

O bildirib ki, Heybətulla Hacəliyev görüşü ağıllı keçirib və təmiz üstünlüklə qalib gəlib: “Heybətulla ona verilən bütün tapşırıqları yerinə yetirdi, inamlı qələbə qazandı. Sabah (bu gün) rinqə digər bir boksçumuz Elvin İsayev çıxacaq. İnşallah, o da Hacıəliyev kimi, sonda qalib gələr. Dünya çempionatı doğma divarlar arasında keçirilir. Bü üzdən məsuliyyət böyükdür. Çalışacağıq ki, bundan sonra itki vermədən irəliləyək”.

Qeyd edək ki, Heybətulla Hacəliyev (64 kq) misirli rəqibi Əli İslamı 17:5 hesabı məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.