22:15 01-10-2011
news_image
3846
STOLÜSTÜ OYUNLAR

SOCAR Avropa çempionatını gümüş medalla bitirdi - YENİLƏNİB

Sloveniyanın Roqaska Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında bu gün son turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan təmsilçimiz SOCAR VII turda Almaniya çempionu “Baden Baden”lə qarşılaşıb.

Komandamız medal qazanmaq arzusunda olduğundan əvvəlki turlarda məğlubiyyət acısı yaşamayan rəqibinə mütləq qalib gəlməli idi ki, bunu da bacarıb. Düzdür, ilk matçda Volokitin SOCAR-ı hesabda geri salıb. Lakin ardınca Qasımcanov, Rəcəbov, Sutovski və Qrişuk layiqli çıxış edərək, klubumuza vacib qələbə qazandırıblar. Onlar bununla kapitan Vladimir Tukmakovun düzgün heyət seçdiyini bir daha sübut ediblər. Çünki bu qələbə Azərbaycan şahmat tarixində yeni səhifə açıb. İkinci dəfə klublararası Avropa çempionatına qatılan SOCAR 12 xalla yarışın gümüş medalına sahib olub.

VII tur

BADEN BADEN - SOCAR - 2:4

Maykl Adams (2733) - Teymur Rəcəbov (2752) - 0:1
Aleksey Şirov (2713) - Aleksnadr Qrişuk (2757) - 0:1
Etyen Bakro (2705) - Şəhriyar Məmmədyarov (2746) - 1:0
Arkadi Naydiç (2707) - Emil Sutovski (2690) - 0:1
Heyne Peyer Nilsen (2687) - Andrey Volokitin (2686) - 1:0
Liviu-Diter Nisipyanu (2638) - Rüstəm Qasımcanov (2678) - 0:1

Qeyd edək ki, 65 komandanın mübarizə apardığı yarışın qalibi adını təmsilçimizdən 1 xal çox toplayan “Sankt-Peterburq Chess Federation” qazanıb.