23:31 01-10-2011
news_image

Türkiyəli Avropa çempionu məğlub oldu

Türkiyə milli komandası dünya çempionatında 3 itki ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, 60 kq çəki dərəcəsində son Avropa çempionu Fateh Keleş ilk döyüşdəcə uduzaraq, yarışla vidalaşıb. O, Çin Xalq Respublikasını təmsil edən Liu Qianqa 10:16 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Keleş Ankarda keçirilən Avropa çempionatında həmyerlimiz Elvin İsayevə hakimlərin “köməyi” ilə 24:23 hesabı ilə qalib gəlmişdi. Adem Kılıççı (75 kq) azarkeşlərin dəstəyinə baxmayaraq, almaniyalı Stefan Hartelə 10:13 hesabı ilə uduzub. Yarışın ilk günündə isə Selcuk Eker məğlubiyyətlə üzləşmişdi.