10:40 02-10-2011
news_image
1742
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Avropa çempionatının ən yaxşısı oldu

Şahmat üzrə klublararası Avropa çempionatında fərdi göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Sloveniyadakı yarışda Azərbaycanı təmsil edən SOCAR-ın lideri Teymur Rəcəbov turnirin ən yüksək fərdi mükafatına sahib olub.

Şahmatçımız I lövhədə ən yaxşı adını qazanıb. O, buna son 2 turda Ruslan Ponomaryov və Maykl Adams üzərindəki qələbələrlə nail olub. Teymur I lövhədə ən yaxın izləyiciləri rusiyalılar Yevgeni Tomaşevski və Dmitri Yakovenkonu arxada qoyub.

Qeyd edək ki, SOCAR komanda hesabında 2-ci yerlə kifayətlənib.