17:11 02-10-2011
news_image

Ramil Əliyev: Rəqib fiziki cəhətdən güclü idi

“Döyüş çətin keçdi. O baxımdan ki, rəqib fiziki cəhətdən güclü idi. Üstəlik, rəqibim yarışda bir görüş keçirmişdi. Mən isə ilk döyüşümə çıxırdım”. Bunu apasport.az saytına açıqlamasında boks üzrə milli komandanın üzvü Ramil Əliyev deyib.

Dünya çempionatının 1/16 final mərhələsində türkmənistanlı rəqibinə böyük üstünlüklə (23:6) qalib gələn gənc idmançı, növbəti qarşılaşmada da üstün tərəf olub, London olimpiadasına lisenziya qazanmaq niyyətindədir: “Hesab edirəm ki, bu gün yaxşı döyüşdüm. Qalib gəldim və bunun davamını gətirəcəm. İnşallah, sonda medal da qazanaram”.