17:23 02-10-2011
news_image

“Yalnız bundan sonra medal haqqında düşünə bilərəm”

“Rəqib çox güclü idi. Gürcü idmançı 60 kq-da dünya üçüncüsü olub. Müəyyən məqamlarda əsəblərim tarıma çəkilmişdi. Axı, bu dünya çempionatıdır. Hamı qalib olmaq istəyir. Hər halda, özümü toparlamağı bacardım”. Bu sözləri apasport.az saytının əməkdaşına dünya çempionatında 1/16 final mərhələsində gürcüstanlı Koba Pxakadzeni məğlub etmiş (18:15) boksçumuz Heybətulla Hacıəliyev deyib.

Dərbəndli idmançının bildirdiyinə görə, onun qarşıda bir ağır görüşü də qalıb: “Birisi gün yenə çətin döyüşüm var. Özbək rəqibim təcrübəlidir. Ona qalib gəlib, olimpiadaya lisenziya qazanmaq istəyirəm. Yalnız bundan sonra medal haqqında düşünə bilərəm”.