15:19 03-10-2011
news_image
1453
DÖYÜŞ NÖVLƏRİ

Bakı rinqində 1 erməni qaldı

Boks üzrə Bakıda keçirilən dünya çempionatında Ermənistan milli komandası ölkəsinin “gücünü” göstərməkdə davam edir. Apasport.az saytının məlumatına görə, paytaxtımıza 8 boksçu ilə gələn işğalçı ölkənin artıq 7 idmançısı ölkəmizə gəlməyinə peşman olub.

Belə ki, Oqanes Boçkov (56 kq), Artur Xaçaturyanın (81), Samvel Matevosyan (69 kq) və Armen Simonyanın (+91 kq) ardınca daha 3 erməni Bakı rinqini məğlubiyyətlə tərk edib.

60 kq çəki dərəcəsində döyüşən Vladimir Saruxanyanı amerikalı Xose Ramirez yaxşıca yumruqlayıb. Rəqibindən 22 zərbə “yeyən” düşmən ölkənin boksçusu rinqi çətinliklə tərk edib. Qraçik Cavaxyan (64 kq) da həmyerlisindən geri qalmayıb. O, Zdenek Çladek (Çexiya) qarşılaşmada göylərə rəqibinin əlinin qalxmasından sonra Heydər Əliyev adına İdman-Konsert Kompleksini birdəfəlik tərk edib.

Oqanes Danielyan (49 kq) isə mundialı nokautla tərk edib. Yaponiyalı Naoya İnouenin zərbələri qarşısında aciz qalan erməni sonda güclə rinqdən düşürülüb.

Qeyd edək ki, işğalçı ölkənin yığmasının heyətində yalnız Andranik Akopyan (75 kq) çıxışını davam etdirir. Tomas Yablonski ilə 1/16 finalda döyüş də çox güman ki onun üçün axırıncı olacaq.