18:05 03-10-2011
news_image
1145
DÖYÜŞ NÖVLƏRİ

Milli komandamız türkiyəli məşqçiyə tapşırıldı

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, dünya çempionatından sonra istefa verən Fərid Mansurovun yığmadan ayrılmasından sonra onun postu çox boş qalmayıb.

Güləşin bu növünü daha da gücləndirmək məqsədilə bu dəfə milli əcnəbi çalışdırıcıya tapşırılıb. Belə ki, yığmanı türkiyəli Sahib Bora çalışdıracaq. 20 ildən artıq vaxtda Türkiyə yığmasının çalışdırıcısı olan mütəxəssis dünya çempionatı ərəfəsində Türkiyə Güləş Federasiyası ilə arasındakı narazılıqlar üzündən istefa vermişdi.

Qeyd edək ki, Boraya milli komandamızda həmyerliləri Şaban Donat və Mütəllib Erlikaya kömək edəcək.