10:25 04-10-2011
news_image
2120
DİGƏR NÖVLƏR

Dünya çempionumuz bıçaqlandı

Azərbaycan paytaxtında dünya çempionu bıçaqlanıb. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Dünya çempionu Çıraqov Bəhruz Həsən oğlu idmançı yoldaşı Elnur Yavər oğlu Mehdiyev tərəfindən bıçaqlanıb. 13 bıçaq xəsarəti alan B. Çıraqov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən E. Mehdiyev saxlanılıb. Hadisənin şəxsi münasibətlər zəmində baş verdiyi bildirilir.

Qeyd edək ki, hadisə zamanı bıçaqlanan B. Çıraqov əlbəyaxa döyüş üzrə dünya çempionu, “Məhəmməd Əli” idman klubunun baş məşqçisidir.