18:00 04-10-2011
news_image
1011
DÖYÜŞ NÖVLƏRİ

Teymur Məmmədov qələbəsinə şərh verdi

“Döyüşüm rahat keçdi. Rəqibi daim gərginlikdə saxladım. Qarşıma London olimpiadasına lisenziya almaq vəzifəsi qoymuşam”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının boksçusu Teymur Məmmədov (91 kq) deyib.

Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsində macarıstanlı rəqibi Yozef Darmosa 24:9 hesabı ilə qalib gəlmiş Avropa çempionumuz artıq növbəti mərhələ barədə düşünür: “Rəqibim boyca məndən alçaq olduğundan, onunla döyüşdə daim məsafə saxladım. Əks zərbələrimin əksəriyyəti dəqiq oldu və mən böyük üstünlüklə qalib gəldim. İndi məqsədim 1/4 finlada yalnız qələbə qazanmaqdır. Çünki növbəti dəfə rinqi qalib kimi başa vurduqdan sonra həm olimpiadaya lisenziya, həm də dünya çempionatında ən azından bürünc medal qazanmış olacam”.

Qeyd edək ki, Məmmədovun çəkisində London-2012-yə ilk “6-lıq”da yer alan idmançılar vəsiqə qazanacaqlar.

KAMRAN