Azərbaycan boksçusu Salman Əlizadənin (49 kq) Bakıda keçirilən dünya çempionatında London-2012-yə lisenziya qazanmaq şansı qalmayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb Avropa çempionumuzu 1/8 finalda məğlub edən Kaeo Pongprayun (Tailand) yarımfinala yüksələ bilməməsidir.
Tailandlı boksçu 1/4 finalda Şiminq Zouya (Çin) uduzub.
Qeyd edək ki, mundialda Salmanın qüvvəsini sınadığı 49 kq çəki dərəcəsində 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına 10 boksçuya lisenziya veriləcək.
Bunlardan 8-i 1/4 finala yüksələn idmançılar olsa da, digər 2-sinin adı oktyabrın 7-də bilinəcək. Çünki qaydalara əsasən 1/8 finalda qələbə qazananlar finala kimi irəliləməlidirlər ki, onların bu mərhələdə yarışdan kənarlaşdırdıqları idmançılar Olimpiadaya vəsiqəyə sahib olsunlar.

12:22