16:32 05-10-2011
news_image
1204
DÖYÜŞ NÖVLƏRİ

Ermənistan boksçuları Bakıdan medalsız qayıdırlar

Boks üzrə Bakıda keçirilən dünya çempionatında Ermənistan milli komandası çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, paytaxtımıza 8 boksçu ilə gələn işğalçı ölkənin sonuncu iştirakçısı Andranik Akopyanın (75 kq) da medal qazanmaq arzusu gözündə qalıb. O, 1/4 final mərhələsində rumıniyalı Boqdan Yuratoniyə uduzsa da, London Olimpiadasına lisenziyaya sahib olub.