16:54 05-10-2011
news_image
1125
DÖYÜŞ NÖVLƏRİ

Ramil Əliyev üçün bəd xəbər

Azərbaycan milli komandasının daha bir boksçusu Ramil Əliyev (81 kq) də dünya çempionatında London-2012-yə lisenziya qazana bilməyib. Apasport.az saytının məlumatına görə, həmyerlimizin 1/8 finalda uduzduğu ukraynalı Aleksandr Qvozdik növbəti mərhələdə məğlubiyyət acısı yaşayıb.

O, rusiyalı Yeqor Mexontsev səddini keçə bilməyib və rəqib 27:21 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Qvozdik finala yüksələcəyi halda, Əliyev lisenziya qazanacaqdı.