10:56 06-10-2011
news_image

Taekvondoçularımızın Avropa çempionatında rəqibləri müəyyənləşdi

Sabah Kiprin Pafos şəhərində gənc taekvondoçular arasında 18-ci Avropa çempionatına start veriləcək. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan milli komandası baş məşqçi Gündüz Abdullayevin rəhbərliyi altında 14 idmançı ilə təmsil olunacaq.

4 gün davam edəcək birinciliyin artıq püşkatma mərasimi keçirilib və taekvondoçularımızın rəqibləri müəyyənləşib.

Oğlanlar
45 kq. Elmar Bədəlli - Daniel Turnov (Bolqarıstan)
48 kq. Əşrəf Baxışov – Dzianis Varava (Belarus)
51 kq. Mikayıl Əliyev – Mikael Bağdasaryan (Ermənistan)
55 kq. Məhəmməd Muradov – Rumen Georgiyev (Bolqarıstan)
59 kq. Hüseyn Mehrəliyev – Viktor Varqa (Macarıstan)
63 kq. Ələkbər Ələkbərli – Miodraq Yivanoviç (Serbiya)
73 kq. Vladislav Subbotin – Filip Majsen (Xorvatiya)
78 kq. Seyidəzim Bədirxanlı – İvan Plotnikov (Rusiya)
+78 kq. Elvin Əliyev – Uğuz Ensar (Türkiyə)

Qızlar
42 kq. Nərminə Məmmədova – Georgia Barnes (Böyük Britaniya)
44 kq. Təranə Məmmədova – Mariya Vusetiç (Serbiya)
46 kq. Zümrüd Məlikova – Alyona Pavlyuşina (Ukrayna)
52 kq. Günay Ağayeva – Sara Pursell (İrlandiya)
68 kq. Fəridə Əzizova – Anna Kersten (Almaniya)

Qeyd edək ki, Azərbaycan idmançılarının döyüşləri, eləcə də yarışın açılış və mükafatlandırma mərasimləri Azərbaycan Taekvondo Federasiyasının media portnyoru olan sporttv.az idman videoportalı vasitəsilə birbaşa yayımla təqdim ediləcək.