10:47 06-10-2011
news_image

WSB liqasında çıxış edən boksçuların draftı keçirilib

“Kempinski Badamdar” otelində WSB liqasının 2011-2012-ci illər mövsümü üçün draftı olub. Apasport.az saytının məlumatına görə, burada hər komanda heyətinə yeni legionerlər cəlb etmək imkanı qazanıb.

Draftda ümumilikdə 60 boksçu təklif olunub. “Baku Fires” klubu heyətinə yalnız bir boksçu cəlb edib. Bu 61 kq çəki dərəcəsində tacikistanlı Madadi Naqzibekovdur.

O, Bakıda keçirilən dünya çempionatında 1/16 final mərhələsində milli komandamızın üzvü Elvin İsayev üzərində qələbə qazanıb. Lakin o, 1/8 finalda macarıstanlı Mikloş Varqaya 20:28 hesabı ilə uduzaraq, turnirdə mübarizəni dayandırıb. Naqzibekov Asiya oyunlarının bürünc mükafatçısıdır.

Digər komandaların heyətlərinə cəlb etdikləri boksçular:

“Mumbai” (Hindistan) – Abbas Atoyev (Özbəkistan), Damian Hooper (Avstraliya), Patrik Qallaher (İrlandiya), Raymond Moylett (İrlandiya)

“Leipziq Leopards” (Almaniya) – Balaş Baskai (Macarıstan), Aleksandr Riskan (Moldova)

“Pohang Poseidons” (Koreya) – Viktor Zuyev (Belarus), Mirzaxidjon Abdullayev (Özbəkistan)

“Beijing Dragons” (Çin) – Yozef Parker (Yeni Zenlandiya)
“Dinamo” (Moskva) – Ənvər Yunusov (Tacikistan)

“Mexiko City” (Meksika) – Tervel Pulev (Bolqarıstan), Xurşid Tacibayev (Özbəkistan)

“Milano Thunder” (İtaliya) – Vyaçeslav Qoyan (Moldova), Romarik Ngoula (Kamerun)

“Los Angeles Matadors” (ABŞ) – Sergey Karneyev (Belarus), Zaal Xvaçatdze (Gürcüstan), Levan Guelidiani (Gürcüstan)

“Astana Arlans” (Qazaxıstan) – Coe Vard (İrlandiya)

“Paris United” (Fransa) – Lyubomir Maryanoviç (Serbiya), Luk Boyd (Avstraliya)

Draftda yalnız Türkiyənin “İstanbulls” klubu heyətinə heç bir boksçunu daxil etməyib. Komandalar noyabrın 4-ə kimi heyətlərini gücləndirmək imkanına malikdirlər.

Qeyd edək ki, “Baku Fires” klubu B qrupunda “Beijing Dragons”, “İstanbulls”, “Leipziq Leopards, “Mexiko City” və “Paris United”lə mübarizə aparacaq. Komandamız ilk görüşünü noyabrın 11-də Bakıda “Beijing Dragons”a qarşı keçirəcək.