14:43 06-10-2011
news_image
1123
DÖYÜŞ NÖVLƏRİ

Boks üzrə Azərbaycan millisi Kuba ilə eyni sırada

Bakıda keçirilən boks üzrə dünya çempionatında 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunlarına lisenziya qazanan 72 idmançının adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 31 ölkənin boksçusu bu uğura sevinib.

Olimpiadaya ən çox lisenziyanı Ukrayna milli komandası qazanıb. Onların 6 boksçusu dünya çempionatında bu hüquqa yiyələnib. Qazaxıstan və Rusiya 5, Azərbaycan, Kuba, İngiltərə, Hindistan və Özbəkistan isə 4 lisenziyaya sahib olub.

London Olimpiadasına lisenziya qazanan ölkələrin siyahısı

Ukrayna – 6
Qazaxıstan, Rusiya – 5
Azərbaycan, Kuba, İngiltərə, Hindistan, Özbəkistan – 4
Çin, İrlandiya, İtaliya, ABŞ – 3
Braziliya, Macarıstan, Koreya, Monqolustan, Uels – 2
Ermənistan, Avstraliya, Belarus, Bolqarıstan, Almaniya, İran, Yaponiya, Litva, Moldova, Rumıniya, Serbiya, İspaniya, Tacikistan, Tailand – 1.

Qeyd edək ki, Olimpiya oyunlarına lisenziya qazanan daha 20 boksçu isə yarımfinal görüşlərindən sonra məlum olacaq.
Azərbaycanın isə boksda artıq 5 lisenziyası (Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq)) var. WSB liqasından Soltan Migitinov lisenziya qazanıb. Bu yarışda digər lisenziyaları Qazaxıstan, Fransa, Əlcəzair və İtaliya boksçuları əldə ediblər.