14:58 06-10-2011
news_image
1056
DÖYÜŞ NÖVLƏRİ

Boks üzrə yığmamız 22 ən güclü sırasında

Boks üzrə Bakıda keçirilən dünya çempionatının yarımfinalında mübarizə aparacaq ölkələrin siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, bu siyahıda mundiala qatılan 127 ölkədən cəmi 22-sinin boksçusu yer alıb.

Belə ki, 1/2 finalda ən çox idmançı ilə təmsil olunan ölkə Ukraynadır. Onlar özləri üçün ən azı 5 bürünc medalı təmin ediblər. Qazaxıstan yarımfinalda ukraynalılardan 1 çəki dərəcəsində geri qalıblar. Rusiya, İngiltərə və Kubanın yarımfinala 3 boksçusu yüksəlib.

Yığmamızın Çin, Braziliya, İtaliya və Özbəkistanla bərabər, 2 boksçusu finala çıxmaq uğrunda döyüşə çıxacaq.

Yarımfinalda təmsil olunan ölkələr

Ukrayna – 5
Qazaxıstan – 4
Rusiya, İngiltərə, Kuba – 3
Azərbaycan, Çin, Braziliya, İtaliya, Özbəkistan – 2
Monqolustan, Koreya, İrlandiya, Tacikistan, Yaponiya, Rumıniya, Belarus, ABŞ, Uels, Litva, Hindistan, Almaniya - 1.

Qeyd edək ki, boksçularımızdan Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91) yarımfinalda qüvvəsini sınayacaq.