16:45 07-10-2011
news_image
2420
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan boks tarixində 6 illik həsrətə son qoyuldu

Azərbaycan boksçusu Teymur Məmmədov 6 illik həsrətə son qoyub. Apasport.az saytının məlumatına görə, dünya çempionatının bu gün keçirilən yarımfinal döyüşündə çinli Xuanxuan Vanqı məğlub edərək, həlledici görüşə vəsiqə qazanan 18 yaşlı Avropa çempionumuz mundiallar tarixinə 4-cü finalçımız kimi düşüb.

Sonuncu dəfə 2005-ci ildə Myanyanda (Çin) keçirilən dünya çempionatında yaşanan bu sevinc növbəti dəfə 6 ildən sonra təkrarlanıb. Həmin vaxt birdən-birə 2 boksçumuz - Romal Amanov (60 kq) və Elçin Əlizadə (91 kq) finala yüksəlmişdilər. Lakin onların hər ikisi sonda gümüş medalla kifayətlənmişdilər. Bundan sonrakı 2 çempionatda isə milli komandamızın heç bir üzvü bu nailiyyəti təkrarlaya bilməmişdi.

Qeyd edək ki, finala vəsiqə qazanan ilk boksçumuz Ağası Məmmədov (54 kq) Bankoqda (Tailand) təşkil olunan 8 il əvvəlki dünya çempionatında qızıl medala sahib olmuşdu.

Tahir HÜMMƏTOV