19:44 07-10-2011
news_image

Teymur Məmmədov: İnşallah, finalda da qələbə qazanaram

“Rəqib məndən zəif idi. O, ilk raunddaca bunu hiss etdi. Ona görə də, növbəti raunda çıxmadı”. Bu sözləri apasport.az saytının əməkdaşına son Avropa çempionu Teymur Məmmədov deyib.
Dünya çempionatının yarımfinalında çinli həmkarı Xuanxuan Vanqa vaxtından əvvəl qalib gələn titullu boksçumuz, həmin uğuru həlledici döyüşdə də gerçəkləşdirmək arzusundadır: “Finalda ukraynalı idmançı Aleksandr Usiklə qarşılaşacam. O çox güclü boksçudur. İnşallah, yekunda ona da qalib gələrəm”.