16:55 08-10-2011
news_image

Dünya çempionumuza qızıl medalı Azərbaycan prezidenti təqdim etdi

Bakıda keçirilən boks üzrə dünya çempionatının +91 kq çəki dərəcəsində mükafatları Azərbaycan prezidenti İlham Əliyev təqdim edib. Apasport.az saytının məlumatına görə, yarışın son günü keçirilən final qarşılaşmalarını izləmək üçün Heydər Əliyev adına İdman-Konsert Kompleksinə xanımı Mehriban Əliyeva ilə birgə baş çəkən İ.Əliyev dünya çempionumuz Məhəmmədrəsul Məcidova qızıl medalı şəxsən özü verib.

Qeyd edək ki, Məcidov boks tarixində 2-ci dünya çempionumuzdur.