23:10 08-10-2011
news_image

Teymur Məmmədov: Çəkimi artıracağam

Bakıda keçirilmiş boks üzrə dünya çempionatında gümüş medal qazanan Teymur Məmmədov (91 kq) döyüşdən sonra çıxışına şərh verib. Apasport.az saytına verdiyi açıqlamada idmançı deyib ki, həlledici döyüşü alınmayıb: “Gördüyünüz kimi, final görüşüm alınmadı. Qismət olsa, inanıram ki, London olimpiadasında bu məğlubiyyətin əvəzini çıxacağam. Düzü, 91 kq üçün çəkim azdır. Uduzmağıma əsas səbəb də, həmin amil oldu. Qarşıda xeyli zaman var. Yaxşı hazırlaşacam. Çəkimi də artıracam ki, olimpiadada belə çətinliklə qarşılaşmayım”.