23:14 08-10-2011
news_image
1007
DÖYÜŞ NÖVLƏRİ

“Azərbaycan yığmasının çıxışını yüksək qiymətləndirirəm”

“Azərbaycan yığmasının çıxışını yüksək qiymətləndirirəm. Bütün boksçular var güclərini ortaya qoydular”. Bunu apasport.az saytına milli komandamızın baş məşqçisi Yevgeni Kotov verib.

Onun sözlərinə görə, Məhəmmədrəsul Məcidov kimi, Teymur Məmmədov da finalda qalib gələ bilərdi. Amma onun azacıq gücü çatmayıb: “Teymur rəqibinə fiziki cəhətdən uduzdu. O, gəncdir. Üzərində işləyəcək və inanıram ki, hər şey yaxşı olacaq”.

Təcrübəli mütəxəssis, hazırda 5 lisenziyamızın olmasını məqbul sayır: “Mübarizə davam edir. Bizm qarşıda təçnifat yarışlarımır var. Orada da uğurlu çıxış edib, lisenziyalarımızın sayını daha artırarıq. Ümumən, hədəfimiz London olimpiadasına maksimum vəsiqə almaqdır”.