23:23 08-10-2011
news_image
1070
DÖYÜŞ NÖVLƏRİ

Millimiz dünya çempionatında Rusiyanı qabaqladı

Boks üzrə dünya çempionatında ümumi komanda hesabında yekun nəticələr açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışı 1 qızıl, 1 gümüş medalla başa vuran Azərbaycan yığması medal əyarında 3-cü yeri tutub.

Birinci yerə 4 qızıl, 1 gümüş medal qazanan Ukrayna layiq görülüb. Kuba 2 qızıl, 1 gümüş medalla 2-ci olub. Üçüncü yeri tutan Azərbaycan medal əyarında Rusiyanı geridə qoymağı bacarıb. Şimal qonşularımız 1 qızıl, 2 bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, Azərbaycan yığmasının üzvlərindən Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Teymur Məmmədov (91 kq) isə gümüş medal qazanıb.