10:12 09-10-2011
news_image
1069
DÖYÜŞ NÖVLƏRİ

Ağacan Abiyev: 8 lisenziya qazanmaq niyyətindəyik

“Boksçularımızın çıxışını yüksək dəyərləndirirəm. Onlar dünya çempionatında yaxşı çıxış etdilər”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev verib.

Onun fikrincə, Teymur Məmmədovun fiziki hazırlığının yetərincə olmaması, sonda qızıl medal qazanmasına əngəl olub. Abıyev idmançımızın gənc olduğunu, 2-3 ildən sonra boks arenasında özünəməxsus yer tutacağını qeyd edib. O, əlavə edib ki, ABF 5 lisenziya ilə kifayətlənmək fikrində deyil : “London olimpiadasına maksimum 8 lisenziya qazanmaq niyyətindəyik. Komandamızın gücü bunu reallaşdırmağa imkan verir”.