09:10 10-10-2011
news_image

Kapitan gümüşlə kifayətləndi

Kiprin Pafos şəhərində taekvondo üzrə gənclərin 18-ci Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə 1 bürünc medal qazanan Azərbaycan milli komandasının aktivinə növbəti medalı Hüseyn Mehrəliyev (59 kq) yazdırıb.

Belə ki, yığmamızın kapitanı gümüş medala sahib olub. İlk 3 döyüşündə Viktor Varqaya (Macarıstan), Əli Nəgizə (Türkiyə) və Robin Qranstroma (İsveç) qalib gələn həmyerlimiz yalnız finalda Adam Xasarova (Rusiya) uduzub.

Qeyd edək ki, taekvondoçularımızdan Nərminə Məmmədova (42 kq) bürünc medala yiyələnmişdi.