18:35 11-10-2011
news_image

Boks üzrə Ermənistan yığmasının baş məşqçisi istefaya göndərilib

Boks üzrə Ermənistan yığmasının baş məşqçisi istefaya göndərilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Bakıda keçirilən boks üzrə dünya çempionatında uğursuz çıxış etməsi erməni məşqçinin vəzifəsindən azad edilməsinə səbəb olub. İstefaya göndərilən Rafik Meqrabyanın əvəzinə Karen Aqamalyan baş məşqçi təyin olunub.

Qeyd edək ki, paytaxtımıza 8 boksçu ilə gələn işğalçı ölkənin sonuncu iştirakçısı Andranik Akopyan (75 kq) 1/4 final mərhələsində rumıniyalı Boqdan Yuratoniyə uduzub. Bununla belə Ermənistan yığması London Olimpiadasına cəmi bir lisenziya qazanıb.