14:31 13-10-2011
news_image

Yığmamız Abu-Dabiyə əsas heyətlə gedir

Oktyabrın 16-18-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə Qran-pri turniri təşkil ediləcək. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalı verəcək yarışda Azərbaycan milli komandası da təmsil olunacaq.

200 min ABŞ dolları mükafat fondu olan Qran-pridə Ağayar Axunzadə əsas heyətə güvənəcək. O Abu-Dabiyə gedəcək komandaya İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq) Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovanın (63 kq) adlarını daxil edib.