14:33 14-10-2011
news_image
1037
DÖYÜŞ NÖVLƏRİ

“Bakıda hər gün spagetti yeyirdim”

“Mən bütün qələbələri çətinliklə qazanmışam. Dünya çempionatı asan gəzinti deyil”. Apasport.az saytının məlumatına görə, bunu Bakıda keçirilən boks üzrə dünya çempionatının qızıl mükafatçısı Aleksandr Usik (91 kq) deyib.

24 yaşlı ukraynalı boksçu ölkəsində verdiyi açıqlamada bildirib ki, Azərbaycanda qazandığı dünya çempionu adı gərgin məşqlərinin bəhrəsidir: “Finalda da rəqibimin müqavimətini asan qırmadım. Mundialın keçirildiyi zalda baş verənləri sözlə ifadə etmək çətindir. Bütün azərbaycanlı azarkeşlər finalda mənimlə qarşılaşan həmyerliləri – Teymur Məmmədovu dəstəkləyirdilər. Lakin mən elə etdim ki, onlar rəqibimin qələbəsinə sevinə bilmədilər”.

Usik bildirib ki, onu boksçu ilə yanaşı, “reper” adlandıranlar da yanılmırlar: “Məni “reper” adlandırmaqları ilə razıyam. Məşqlərimi ancaq rep musiqisinin sədaları altında edirəm. Pekin Olimpiadasından öncə Ukrayna milli komandasının kapitanı Corc Çiqayevlə təlim-məşq toplanışında birgə boks himni yazdıq. Bu cəmi bir gün ərzində oldu”.

Dünya çempionunun bu uğuru qazanmasında Bakıda sevdiyi xörəyi yeməyi də böyük rol oynayıb: “Mən əti yeməklərini bir o qədər də xoşlamıram. Ən sevimli yeməyim makarondur. Onu pendirlə yeyirəm. Bakıda hər gün spagetti yeyirdim”.