17:52 14-10-2011
news_image

Bakıdakı dünya çempionatının finalçısına mənzil və avtomobil verildi

Bakıda keçirilmiş boks üzrə dünya çempionatının gümüş mükafatçısı Abilbek Niyazımbetova 2 otaqlı mənzil və “Chevrolet Cruze” markalı avtomobil verilib. Lent.az-ın məlumatına görə, mənzil və avtomobilin açarlarını ona Qazaxıstanın Manqistausk vilayətinin hakimi Krımbek Kuşerbayev təqdim edib.

Niyazımbetov dünya çempionatında 81 kq çəki dərəcəsi üzrə final görüşündə kubalı Xulio de la Kruz Perazaya uduzub – 13:17. Qazaxıstan boksçusu gümüş medaldan əlavə, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. O, qazandığı nailiyyəti Qazaxıstana və ölkəsinin müstəqilliyinin 20-ci ildönümünə həsr etdiyini açıqlayıb.