17:10 15-10-2011
news_image
1198
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionlarımız Yaponiyaya gedirlər

Qadın voleybolçulardan ibarət Serbiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionu kimi Dünya Kubokunda iştirak edəcək millinin heyətinə Azərbaycan Super Liqasından 2 voleybolçu çağırılıb.

Bunlar Bakının “Rabitə” klubu ilə dünyanın ən güclüsü olan Nataşa Krsmanoviç və Silviya Popoviçdir.

Qeyd edək ki, Dünya Kuboku noyabrın 4-18-də Yaponiyada keçiriləcək və London-2012-yə lisenziya xarakteri daşıyacaq. Burada yekunda ilk “3-lük”də qərarlaşacaq komandalar Olimpiadaya yollanacaq.