09:21 17-10-2011
news_image
948
STOLÜSTÜ OYUNLAR

Avropa çempionatına yollanacaq Azərbaycan yığmasının heyəti dəqiqləşdi

Noyabrın 2-də Yunanıstanın Porto Karase şəhərində start götürəcək şahmat üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın kapitanı Vladimir Tukmakov yarışda güvənəcəyi zəka sahiblərini müəyyənləşdirib.
Ukraynalı mütəxəssis sifariş ərizəsinə Teymur Rəcəbov (2752), Vüqar Həşimov (2756), Şəhriyar Məmmədyarov (2746), Qədir Hüseynov (2626) və Eltac Səfərlinin (2627) adını daxil edib.

Qeyd edək ki, çempionata noyabrın 12-də yekun vurulacaq.