20:00 18-10-2011
news_image
1052
STOLÜSTÜ OYUNLAR

“Avropa çempionatında yalnız bir məqsədimiz olacaq”

Noyabrın 2-12-də Yunanıstanın Porto Kappose şəhərində keçiriləcək şahmat üzrə Avropa çempionatında Azərbaycan milli komandasının rəqiblərindən olan Ukrayna yığmasının heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, onlar qitənin ən möhtəşəm yarışında güclü şahmatçılarla mübarizə aparacaqlar.

Belə ki, rəqibimiz yarışda 1 il öncə Olimpiadada qızıl medal qazanan heyətə - Vasili İvançuk, Ruslan Ponomaryov, Pavel Elyanov, Zaxar Yefimenko və Aleksandr Moiseenkodan ibarət “beşliyə” gücənəcək.

Avropa çempionatı ilə fikirlərini açıqlayan Ukrayna Şahmat Federasiyasının prezidenti Viktor Kapustin yarışda məqsədlərini də açıqlayıb: “Biz səfərə yalnız bir amal üçün yollanacağıq. Bu da yalnız Avropa çempionu olmaqdır”.