08:52 19-10-2011
news_image

2 medalla 13-cü yer

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalı verən yarışa 9 idmançı ilə qatılan Azərbaycan milli komandası 2 medal qazanıb.

Cüdoçularımızdan fəxri kürsüyə Elnur Məmmədli (90 kq) və Ramilə Yusubova (63 kq) çıxıblar. Belə ki, Olimpiya çempionumuz öz çəki dərəcəsində deyil, 90 kq çəki dərəcəsində mübarizə aparıb və Qran-prini üçüncü yerdə başa vurub. Ondan fərqli, Yusubova yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yığmamız komanda hesabında 60 ölkə arasında 13-cü yeri tutub.