13:05 19-10-2011
news_image

Boksçumuz Avropa çempionatında 1/4 finala yüksəldi

Hollandiyanın Rotterdam şəhərində boks üzrə qadınlar arasında keçirilən Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Ayzanat Hacıyeva ikinci döyüşünü də qələbə ilə başa vurub.

Millimizin üzvü sloveniyalı Adreja Besteri 21:10 məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. Hacıyevanın qitə çempionatındakı növbəti rəqibi dünya və Avropa çempionu, 2010-cu ilin dünyanın ən yaxşı boksçusu seçilən irlandiyalı Keti Teylor olacaq.

Mütəxəssislər, Teyloru 60 kq çəki dərəcəsinin əsas favoriti sayırlar. Leyla Cavadova (75 kq) isə artıq Avropa çempionatı ilə vidalaşıb. Gənc boksçumuz təcrübəli isveçli Anna Laurellə döyüşdən məğlub ayrılıb. Final döyüşləri oktyabrın 22-də keçiriləcək.