15:06 19-10-2011
news_image

5 idmançımız Ukraynada çempion oldu

Taekvondo üzrə Ukraynanın açıq çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası vətənə 15 medalla qayıdıb.

Belə ki, idmançılarımız 5 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. London Olimpiadasına lisenziyanı təmin etmiş Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), həmçinin Elvin Məmmədov (74 kq), Fərid Tağızadə (87 kq) və Təvəkkül Bayramov (+87 kq) bütün rəqiblərinə qalib gələrək, çempion adına layiq görülüblər.

Yalnız finalda uduzan Xəyalə Quliyeva (46 kq), Günay Ağakişiyeva (57 kq), Kim Vonkyunq (67 kq), Fariz Əliyev (68 kq) və Bayraməli Vəliyev (80 kq) isə gümüş medal qazanıblar. Digər mükafatçılara gəlincə, Türkanə Tahirli (49 kq), Samir Aydınov (54 kq), Ziya Qasımov (63 kq), Kim Kvanqseok (74 kq) və Ceyhun Həsənli (87 kq) üçüncü yerlə kifayətləniblər.