15:53 19-10-2011
news_image
781
DİGƏR NÖVLƏR

Bakıda MDB və Baltikyanı ölkələrinin milli olimpiya komitələrinin forumu olacaq

Oktyabrın 20-22-də Bakıda MDB və Baltikyanı ölkələrinin milli olimpiya komitələrinin regional forumu keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Kempinski Badamdar” otelində baş tutacaq tədbirdə MDB-nin 12 və Baltikyanı 3 dövlətin rəsmiləri ilə yanaşı, Soçi-2014 Qış Olimpiya oyunlarının Təşkilat Komitəsinin nümayəndəsinin də iştirakı gözlənilir.

Görüş ərzində müxtəlif mövzularda çıxışlar olacaq. Azərbaycandan gənclər və idman naziri Azad Rəhimov və Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin proqram çərçivəsində çıxışları gözlənilir. Eyni zamanda, tədbirin ikinci günü iştirakçılarının müxtəlif Olimpiya kompleksləri və qurğuları ilə tanışlığı, taekvando, hokkey, tennis və s. federasiyalara baş çəkməsi planlaşdırılıb.

Qeyd edək ki, tədbir Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Həmrəylik təşkilatının himayədarlığı altında keçirilir.